Avqustun 3-də paytaxtın Heydər Əliyev prospektində ağır qəza törətmiş Baş nazirin müavini, "Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus "Mercedes Gelandewagen” markalı avtomobilin həmin qəzada həlak olan sürücüsü Mehdi Əliyev haqda yeni təfərrüatlar məlum olub.
AZXEBER.COM-un məlumatına görə, Mehdinin 3 yaşlı Əbdürrəhim adlı övladı var.
Uşaq vaxtı atasını itirən və kasıb ailədən olan Mehdi 1 ilə yaxın imiş ki, Nail Allahverdiyevin sürücüsü kimi çalışıb, o eyni zamanda Nailə məxsus olan "Soho bar"da da çalışıb.
Yaxınları Mehdi ilə 3 yaşlı övladının fotolarını təqdim edib.
Həmin görüntüləri təqdim edirik: