Türkiyənin Atatürk Hava limanında baş verən terror aktının baş vermə anının görüntüləri yayılıb.
Təhlükəsizlik kameraları vasitəsilə çəkilən görüntülərdə partlayış baş verməzdən öncə bir nəfərin qışqırması əks olunub. Lakin onun terror aktını törətməzdən öncə tam olaraq nə dediyi aydın deyil. İddialara əsasən, həmin terrorçu kamikadze bombanı partlatmadan öncə “Allahu əkbər” deyərək qışqırıb.
Digər görüntülərdə isə terrorçunun qaçmağa çalışdığı, lakin hava limanının mühafizəçisi tərəfindən vurulduğu əks olunub. Mühafizəçi terrorçunu vurduqdan sonra ona yaxınlaşıb, bir neçə saniyə qaldıqdan sonra isə yanından qaçaraq uzaqlaşıb. Kamikadze bundan sonra özünü partladıb. Mühafizəçinin bu addımı insanların hiddətinə səbəb olub.
///AzNews.az