Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çanaqqala Zəfərinin 107-ci ildönümü ilə əlaqədar sosial şəbəkədə paylaşım edib.
AZXEBER.COM xəbər verir ki, XİN başçısı tviter hesabında yazıb:
"Qardaş Türkiyənin tarixinə qızıl hərflərlə yazılan Çanaqqala Zəfərindən 107 il ötür. Bu əlamətdar gündə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kemal Atatürkü, onun silahdaşlarını dərin hörmətlə anır, bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirik".
Qardaş #Türkiye|nin tarixinə qızıl hərflərlə yazılan Çanaqqala Zəfərindən 107 il ötür.
— Jeyhun Bayramov (@bayramov_jeyhun) March 18, 2022
Bu əlamətdar gündə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kemal #Atatürk|ü, onun silahdaşlarını dərin hörmətlə anır, bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirik.#18MartCanakkaleZaferi pic.twitter.com/3jN4MW3AtB