Üç gün gün əvvəl Novxanıda atdan yıxılaraq xəsarət alan nəğməkar-şair Cəlal Qurbanov sağalıb.
AZXEBER.COM xəbər verir ki, şair ötən gün müalicə aldığı Mərkəzi Gömrük Hospitalından evə buraxılıb.
Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Qeyd edək ki, Cəlal Qurbanov 3 gün əvvəl atdan yıxılaraq xəsarət alıb. Təcili olaraq xəstəxanaya aparılan şair reanimasiyaya yerləşdirilib, bir gün orada qaldıqdan sonra palataya köçürülüb.
Səhhəti ilə bağlı BAKU.WS-ə açıqlama verən Qurbanov reanimasiyada olan zaman yaddaşını tamamilə itirdiyini bildirmişdi.