Azərbaycanda məşhur iş adamına cinayət işi açıldı - Yarım milyonluq dələduzluq

Azərbaycanda məşhur iş adamına cinayət işi açıldı  - Yarım milyonluq dələduzluq
SOSİAL
11:39 09.01.2018
2121
Azərbaycanda məşhur iş adamı yarım milyon dollarlıq dələduzluqda ittiham edilir.

AZXEBER.COM-un "Report"a istinadən məlumatına görə, Bakı şəhər sakini 1965-ci il təvəllüdlü Nəsimi Dadaşov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2015-ci ildə Ağcəbədi rayon sakini Mülhazil Balakişiyev onun etimadından istifadə edərək 500 min ABŞ dolları pulunu alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, M.Balakişiyev iş adamıdır. O, "Atena” süd məhsulları kombinatının təsisçisi və "Fərhad-91” yun emalı müəssisəsinin sahibidir.
 
13.10
 
 "Atena” MMC-dən "Report”a bildirilib ki, Mülhazil Balakişiyevin bu şirkətlə əlaqəsi yoxdur: "O, "Ketchi” süd məhsulları şirkətinin sahibidir”.
OXŞAR XƏBƏRLƏR