“Atəşgah” Sığorta müştəriləri “Bəhram Bağırzadə ilə imza günü” tədbirində toplaşdı - FOTOLAR

“Atəşgah” Sığorta müştəriləri “Bəhram Bağırzadə ilə imza günü” tədbirində toplaşdı - FOTOLAR
İQTİSADİYYAT
15:57 24.10.2022
751
Ötən gün "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi  ilə 2019-cu ildən fəaliyyətə başlamış Bakı Fotoqrafiya Evində Bəhram Bağırzadənin uşaqlara həsr olunmuş "Qarabağ Azərbaycandır”, "Şuşa” kitablarının təqdimatı və imza mərasimi keçirilib. 

AZXEBER.COM xəbər verir ki, "Atəşgah” Sığorta Şirkətinin "Loyallıq sistemi” çərçivəsində "Məşhur şəxslərlə görüş” rubrikasının ilk tədbiri "Bəhram Bağırzadə ilə imza günü” olub. Hər kəsin sevimlisi Bəhram Bağırzadə - Azərbaycanın Əməkdar artisti, Rəssamlar və Kinematoqrafçılar İttifaqının, Fotoqraflar Birliyinin və Karikaturaçılar Cəmiyyətinin üzvü, yazıçı, aktyor və rejissor, əfsanəvi "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun üzvü, qırxdan artıq uşaq kitabının müəllifidir.
"Atəşgah” Sığortanın əməkdaşları tədbirin rəsmi hissəsində görüşə toplaşan korporativ müştəriləri ilə daha yaxından tanış olmuş, əlaqələrin gücləndirilməsi məqsədilə kofe fasiləsi təşkil etmiş, müştərilərə və onların övladlarına fərdi diqqət göstərərək onların Şirkət haqda rəylərini dinləmiş, loyallıqları üçün minnətdarlıq etmişlər. 

Tədbirin bədii hissəsində Bəhram Bağırzadə 2 saat ərzində möhtəşəm tar ifasının sədaları altında öz yaradıcılıq yolundan bəhs etmiş, maraqlı xatirələr bölüşmüş, öz sevənlərinin suallarını cavablandırmış, şəkillər çəkdirmiş və Qarabağ tarixi haqda yazılmış şəkilli ensiklopediyaları və xüsusən də "Qarabağ Azərbaycandır!” və "Şuşa” barədə olan kitabları haqqında bəhs etmişdir. Bəhram Bağırzadə tədbir iştirakçılarına və onların övladlarına müəllif imzası ilə olan kitablar hədiyyə etmişdir. 

Sonda balaca övladlarımız Bəhram əmiyə Vətən sevgilərindən bəhs edib, belə maraqlı gün və kitablar üçün ona təşəkkürlərini bildirmişlər!
 
Qeyd edək ki, yüksək etibarlılıq imicinə  malik olan "Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, "Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.
  

 

 

 

 

 

 

 

 




OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada helikopter qəza enişi etdi
17:54 27.06.2025
Rusiyada helikopter qəza enişi etdi
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
17:33 27.06.2025
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
“Regionda gərginliyin artması təhlükəsiz nəqliyyat marşrutlarının əhəmiyyətini bir daha vurğulayıb”
17:23 27.06.2025
“Regionda gərginliyin artması təhlükəsiz nəqliyyat marşrutlarının əhəmiyyətini bir daha vurğulayıb”
10-cu sinif şagirdi kanalda batdı - FOTO
16:57 27.06.2025
10-cu sinif şagirdi kanalda batdı - FOTO
Pakistanlı turistlər Şahdağda qəzaya düşdülər, altı nəfər xəstəxanaya yerləşdirildi
16:43 27.06.2025
Pakistanlı turistlər Şahdağda qəzaya düşdülər, altı nəfər xəstəxanaya yerləşdirildi
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
16:18 27.06.2025
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
16:04 27.06.2025
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
15:53 27.06.2025
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
15:43 27.06.2025
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...