"Atəşgah" sığorta şirkətinin maşını qəzaya düşdü -1 nəfər öldü

"Atəşgah" sığorta şirkətinin maşını qəzaya düşdü -1 nəfər öldü
SOSİAL
16:47 19.09.2019
4565
Sumqayıtda "Atəşgah" sığorta şirkətinin maşını qəzaya düşüb, 2 nəfər ölüb.

"Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, iki avtomobil - "Hyundai-İX35" və "Mercedes" toqquşub.

Qəza zamanı zərbənin gücündən "Mercedes" aşıb və qəfildən yanmağa başlayıb. Digər minik avtomobilində olan şəxs isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
 
"Atəşgah” Sığorta Şirkəti Sumqayıtda baş vermiş avtomobil qəzası ilə bağlı AZXEBER.COM-a bildirib ki, şirkətin 2 nəfər əməkdaşının olduğu "Hyundai-İX35” markalı xidməti avtomobil əks istiqamətdə qəfildən onların qarşısına çıxan "Mercedes” markalı avtomobil ilə toqquşub. Sumqayıt yolunda baş verən qəza nəticəsində əməkdaşlardan biri həlak olub, digəri isə xəstəxanaya yerləşdirilib.
 

OXŞAR XƏBƏRLƏR