İsrailin Qəzzaya qəfil hücumundan sonra minlərlə fələstinli şəhərin şimalına qaçıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrail döyüş təyyarələri və artilleriyası Qəzza şəhərinin cənub-qərbində Derak, Rimal, Sanayi, Tel əl-Hava, Tuffah və İçərişəhər kimi bir çox ərazini ağır şəkildə bombalayıb.
Bölgədəki minlərlə fələstinli intensiv hücumlar səbəbilə şimala qaçmağa başlayıb. İsrail döyüş təyyarələri və artilleriyası gecə boyu saatlarla Qəzzanın şəhər mərkəzinin şərq, qərb və mərkəzi hissələrini ağır bombalarla hədəfə alıb.
Hücumlar nəticəsində bölgədə onlarla ölən və yaralananın olduğu bildirilib.
Bu arada İsrailin Daxili Kəşfiyyat İdarəsinin Şin-Bet (Şabak) direktoru Ronen Barın başçılıq etdiyi İsrail danışıqlar heyəti bu gün Misirin paytaxtı Qahirəyə gedəcək.
Qeyd edək ki, İsrailin "Walla” xəbər saytının məlumatına görə, Şin-Bet direktoru Barın başçılıq etdiyi İsrail nümayəndə heyəti Qahirədə rəsmilərlə görüşəcək.
Danışıqlarda məhbus mübadiləsi danışıqları ilə yanaşı, azad edilməsi planlaşdırılan fələstinli təhlükəsizlik məhbuslarının adları da müzakirə olunacaq, Rəfah Sərhəd Qapısının gələcək idarəçiliyi də müzakirə olunacaq.
Bu arada İsrail Xarici Kəşfiyyat Xidmətinin direktoru David Barneanın Təl-Əviv və Həmas arasında məhbus mübadiləsi təklifini müzakirə etmək üçün yenidən Qətərin paytaxtı Dohaya getməsi gözlənilir.
Mikayıl