İsrail və HƏMAS-ın razılaşdığı atəşkəs razılaşmasının ilk mərhələsində azad ediləcək israilli məhbusların adlarının siyahısı açıqlanıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsində azad ediləcək 33 israilli məhbusun adı İsrail mətbuatında açıqlanıb.
"The Jerusalem Post” qəzeti yazıb ki, son bir neçə saatdır ki, israilli əsirlərin bazar günü, yanvarın 19-da azad edilməsi üçün səylər davam edir.
İsrail Baş Nazirlikdən verilən yazılı açıqlamada, razılaşmanın imzalanması və hökumət tərəfindən təsdiqlənməsi ilə bağlı gecikmələrə baxmayaraq, məhbusların 19 yanvarda sərbəst buraxılacağı gözlənilir.
Cəmalə