Atəşkəsin başlamasından bəri Qəzzaya gündəlik 560 ton ərzaq daxil olub

Atəşkəsin başlamasından bəri Qəzzaya gündəlik 560 ton ərzaq daxil olub
DÜNYA
18:58 17.10.2025
91
Dünya Ərzaq Proqramı HAMAS-İsrail atəşkəs razılaşmasından sonra Qəzzaya gündəlik 560 ton ərzaq gətirildiyini bildirib.

Bunu təşkilatın sözçüsü Abeer Etefa Cenevrədə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, günəlik 560 ton ərzaq kifayət etmir. Buna görə də Dünya Ərzaq Proqramı Qəzzaya daxil olan qida məshullarının həcminin artırılması üçün çalışır.

Qeyd edək ki, bir neçə gün əvvəl HAMAS və İsrail arasında atəşkəs razılaşması əldə olunub.
 
apa
OXŞAR XƏBƏRLƏR