ATƏT Daimi Şurasının iclası çərçivəsində Qarabağ münaqişəsi müzakirə olunacaq

SİYASƏT
11:42 13.11.2013
897

ATƏT-in Daimi Şurasının Vyanada keçiriləcək iclası çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunacaq.

AZXEBER.COM-un məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün Twitter səhifəsində yazıb.Vyanada iclasda iştirak edəcəyini qeyd edən diplomat, ABŞ-ın ATƏT-dəki nümayəndəsi Daniel Baer və digər şəxslərlə görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirə aparacağını vurğulayıb.

OXŞAR XƏBƏRLƏR