Deputat ATƏT-də növbəti erməni yalanını üzə çıxardı

Deputat ATƏT-də növbəti erməni yalanını üzə çıxardı
SİYASƏT
17:11 07.10.2016
1098

2 oktyabr 2016-cı il tarixdə ATƏT Parlament Assambleyasının payız sessiyasının axırıncı günü "İnsan hüquqlarının əsasında beynəlxalq miqrasiya idarəetmə sisteminin təkmilləşdirilməsi" mövzusunda müzakirələr keçirilib.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan parlamentinin ATƏT PA nümayəndə heyətinin üzvü Kamran Nəbizadə müzakirələrdə iştirak edib və çıxışında qeyd edib ki, miqrasiya məsələsi bu gün çox aktualdır.

Azərbaycan miqrasiya axının nə olduğunu çox gözəl bilir, çünki ölkəmiz Ermənistan tərəfindən Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində 1 milyona yaxı qaçqın və məcburi küçkün qəbul edib və 25 il ərzində demək olar ki, təkbaşına onların problemlərini həll edib.

Qeyd olunub ki, miqrantların bir kateqoriyası müzakirələrdə diqqətdən kənarda qalıb, bu da əmək miqrantlarıdır. "İntellektual miqrasiyanın", inkişaf etmiş ölkələrə zəka axını intellekti ixrac edən ölkələrə böyük zərər verir və milli iqtisadiyyatların inkişafını ləngidir, bu ölkələrdə həyat keyfiyyətini azaldır. Bu da öz növbəsində həmin ölkələrdə böhranlı siyasi vəziyyətin yaranması üçün təhlükə yaradır ki, bu da öz növbəsində bu ölkələrdən miqrasiyanın daha geniş şəkildə yer almasına səbəb ola bilər. Təklif olunub ki, miqrasiya proseslərinin səmərəli idarə edilməsi tək mövcud miqrasiya proseslərinin tənzimlənməsi qaydaları müzakirə olunmasın, həm də bütün kateqoriya miqrant axınının artmasına səbəb olan bütün amillər aradan qaldırılması və qarşısının alınması üçün tədbirlər araşdırılsın.

Müzakirələrdə Ermənistan nümayəndəsi növbəti dəfə böhtan və yalanla dolu populist xarakterli nitq söylədi.Buna cavab olaraq nümayəndə heyətimizin üzvü bildirdi ki, Ermənistan hər 150-ci sakini qaçqın və köçkündürsə, Azərbaycanda hər 9-cu sakini qaçqın və ya məcburi köçkündür. 1988-ci ildə baş verən proseslərə qəlincə qeyd olunub ki, Sumqayıt hadisələrinə Ermənistanın Qafan şəhərində baş vermiş dinc azərbaycanlı əhalinin öldürülməsi və çıxarılması səbəb olub. "Məhz Qafan hadisələrini Qarabağ münaqişəsinin başlanğıcı oldu və Sumqayıtda ixtişaşlara səbəb olub. Maraqlıdır, ki Sumqayit hadisələrinin əsas təşkilatçısı milliyətcə erməni olan Eduard Qriqoryan idi. Bu onun o zamanlar SSRİ və Azərbaycan Baş Prokurorluğunda verdiyi ifadələri ilə təsdiqlənib.” 

Daha sonra Kamran Nəbizadə vurğulayıb ki, məhz Ermənistan həmişə işğalçı siyasət aparıb, bir çox qanlı cinayətlərin günahı isə Ermənistanın indiki rəhbərliyi üzərindədir. 

"Genosid törədmiş Ermənistanın təmsilçisindən insan haqları haqqında fikirləri, sülhməramlı nitqləri eşitmək çox qəribədir. Ermənistanın prezidenti Serj Sarkisyan hollandiyalı jurnalist Tomas de Vaala müsahibəsində etiraf edib ki, Xocalıda ermənilər qəsdən və məqsədli şəkildə dinc azərbaycanlı sakinlərini qətlə yetiriblər. Xatırladım ki, Ermənistan silahlı birləşmələri azərbaycanın Xocalı şəhərində soyqırım törədib, nəticədə 613 dinc sakin öldürülüb. Bu cinayətə görə məsuliyyəti tamamilə Ermənistanın indiki rəhbərliyi daşıyır”. Süriyadan Ermənistana gələn 20 min suriyalı qaçqınların ağır aqibəti haqqında müzakirəyə gəlincə toplantı iştirakçılarının nəzərinə çatdırılıb ki, onların böyük əksəriyyəti erməni silahlı birləşmələri tərəfindən işğal olunan Azərbaycan ərazisində qanunsuz olaraq yerləşdirilib.


OXŞAR XƏBƏRLƏR