İnsident qeydə alınmayıb.
Cəbhə xəttində ATƏT-in növbəti monitorinqi baş tutub.
Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 20-də Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.