Bu dəqiqələrdə ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupu regionda vəziyyətin gərginləşməsi və bundan çıxış yollarını müzakirə edir.
Bu barədə təşkilatdakı mənbə məlumat verib. “Minsk qrupu hazırda iclasdadır. Yəqin ki, hansısa ortaq yanaşmalar hazırlamağa çalışır”, - deyə məlumatda bildirilib.
Xatırladaq ki, Azərbaycanla Ermənistan təmas xəttində vəziyyət aprelin 2-dən etibarən gərginləşməyə başlayıb. Ermənistan tərəfindən həyata keçirilən təxribat hücumlarının qarşısı Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən uğurla alınıb. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb.
///AzNews.az