ATƏT-in Minsk Qrupunun həmsədrləri sabah Azərbaycana gələcək

SİYASƏT
15:02 13.10.2014
2106
ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Pyer Andriu (Fransa) və Ceyms Uorlik (ABŞ) oktyabrın 14-də Azərbaycana gələcəklər.Onların dövlət başçısı İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan isə öz “Twitter” səhifəsində vasitəçilərin oktyabrın 17-də ölkəyə gələcəklərini yazıb.

Xatırladaq ki, səfərin əsas məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin bu ayın sonunda Fransada keçiriləcək görüşünə hazırlıqdır.

Həmsədrlər oktyabrın 18-nə qədər bölgədə olacaqlar.//APA

OXŞAR XƏBƏRLƏR