ATƏT Mehman Əliyevin azadlığa buraxılmasını alqışlayır

ATƏT Mehman Əliyevin azadlığa buraxılmasını alqışlayır
SİYASƏT
12:47 12.09.2017
991

 ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Harlem Dezir "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin azadlığa buraxılmasını alqışlayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə ATƏT-in yaydığı press-relizdə bildirilir.

"Mən hakimiyyət tərəfindən atılan bu müsbət addımı alqışlayıram və Azərbaycanla media problemlərinin həlli üzrə aparılan dialoqu qiymətləndirirəm. Bu fəaliyyət davam etdirilməlidir", - deyə o bildirib.

Sentyabrın 11-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə Mehman Əliyev barəsindəki həbs qətimkan tədbiri dəyişdirilib. M.Əliyev məhkəmə zalından azadlığa buraxılıb. Onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

M.Əliyev jurnalistlərə açıqlamasında barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi xahişi ilə Prezidentə müraciət etdiyini bildirib.

Xatırladaq ki, Vergilər Nazirliyi "Turan İnformasiya Agentliyi” MMC-də yoxlama aparıb. Vergi risklərinin mövcudluğu və vergidən yayınma hallarına yol verilməsinin araşdırılması məqsədi ilə aparılan səyyar vergi yoxlamasının nəticələrinə əsasən, xeyli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq zamanı məlum olub ki, "Turan İnformasiya Agentliyi” MMC-nin direktoru Mehman Əliyev qulluq səlahiyyətlərindən sui-istifadə edərək müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürüb və sahibkarlıq fəaliyyəti üzrə nəzərdə tutulan funksiyaları özü yerinə yetirməklə "Qrant haqqında” qanununun tələblərini pozub. Onun 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmayan qrant müqavilələri üzrə külli miqdarda, yəni 148.310 manat məbləğində qanunsuz gəlir əldə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, habelə 2010-2016-cı illərdə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə təhrif olunan məlumatlar daxil etməklə xeyli miqdar təşkil edən 60.080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr olduğu müəyyən edilib.

M.Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bu gün isə Prezident İlham Əliyev "Turan” İnformasiya Agentliyinin direktoru barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması məsələsinə baxılması üçün aidiyyəti orqanlara tapşırıq verib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident və xanımı çərşənbə tonqalı ətrafında - FOTOLAR
21:10 04.03.2025
Prezident və xanımı çərşənbə tonqalı ətrafında - FOTOLAR
İlham Əliyev D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul etdi
21:06 04.03.2025
İlham Əliyev D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul etdi
Peskov: Rusiya ABŞ və İran arasındakı fikir ayrılıqlarının həllinə kömək etməyə hazırdır
20:46 04.03.2025
Peskov: Rusiya ABŞ və İran arasındakı fikir ayrılıqlarının həllinə kömək etməyə hazırdır
Qonca Vuslateri Parisdə məşhur jurnalın üz qabığında - FOTOLAR
20:15 04.03.2025
Qonca Vuslateri Parisdə məşhur jurnalın üz qabığında - FOTOLAR
İftar vaxtı – 5 mart 2025: Ramazanın 5-cü günü
20:13 04.03.2025
İftar vaxtı – 5 mart 2025: Ramazanın 5-cü günü
Hikmət Hacıyev Fələstin səfirini qəbul etdi
20:08 04.03.2025
Hikmət Hacıyev Fələstin səfirini qəbul etdi
"Real" braziliyalı futbolçu ilə müqavilə müddətini uzadacaq
19:57 04.03.2025
"Real" braziliyalı futbolçu ilə müqavilə müddətini uzadacaq
Prezident Fuad Nağıyevə buna görə şiddətli töhmət verib - Cinayət işi açılacaq
19:48 04.03.2025
Prezident Fuad Nağıyevə buna görə şiddətli töhmət verib - Cinayət işi açılacaq
“Hizbullah” komandiri İsrailin PUA-nın zərbəsi nəticəsində öldürülüb
19:48 04.03.2025
“Hizbullah” komandiri İsrailin PUA-nın zərbəsi nəticəsində öldürülüb
"Antidepressant" plagiat çıxdı
19:37 04.03.2025
"Antidepressant" plagiat çıxdı
ABŞ Ukraynaya hərbi yardımı dayandırmaq qərarını NATO ilə məsləhətləşmədən verib
19:23 04.03.2025
ABŞ Ukraynaya hərbi yardımı dayandırmaq qərarını NATO ilə məsləhətləşmədən verib
"Mançester Yunayted" "Real"ın qapıçısını transfer etmək istəyir
19:12 04.03.2025
"Mançester Yunayted" "Real"ın qapıçısını transfer etmək istəyir
KİV: Qəzzanın bərpası 38 milyard dollara başa gələcək
18:51 04.03.2025
KİV: Qəzzanın bərpası 38 milyard dollara başa gələcək
Aİ Ermənistana yeni tranş ayırmağa hazırlaşdığını təsdiqləyib
18:44 04.03.2025
Aİ Ermənistana yeni tranş ayırmağa hazırlaşdığını təsdiqləyib
Aİ Avropanın təhlükəsizliyi və Ukrayna üçün 150 milyard avro təklif edir
18:29 04.03.2025
Aİ Avropanın təhlükəsizliyi və Ukrayna üçün 150 milyard avro təklif edir
İranın müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı
18:22 04.03.2025
İranın müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı