"Martın 9-dan Azərbaycanda işləyirik. Seçki öncəsi vəziyyəti müşahidə etdik. Bu gün səsverməni müşahidə edirik və aprelin 24-nə kimi səsvermədən sonrakı fəaliyyətləri izləmək üçün burada olacağıq”.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu sözləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda prezident seçkilərini izləyən müşahidə missiyasının rəhbəri Koryen Yonker deyib. O, 13 nəfərlik analitik qrupla birlikdə çalışdıqlarını söyləyib: "Bu gün beynəlxalq seçki müşahidə missiyamıza 350 müşahidəçi daxildir. Onlar ölkə üzrə müşahidə aparırlar. Sabah mətbuat konfransı keçirəcəyik və indiyə kimi olan müşahidələrimizi açıqlayacağıq. İki aydan sonra isə final hesabatımız olacaq”.