ATƏT sabah Rusiya-Ukrayna məsələsinə görə təcili toplanır

ATƏT sabah Rusiya-Ukrayna məsələsinə görə təcili toplanır
DÜNYA
15:29 17.02.2022
609
Sabah-fevralın 18-də Polşanın sədrliyi ilə ATƏT-in Daimi Şurasının və ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun birgə xüsusi iclası keçiriləcək.

AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın Xarici İşlər Nazirliyindən bildirilib.

İclas Ukrayna XİN-in müraciəti əsasında baş tutacaq.

Toplantıda Rusiya ilə Ukrayna sərhədindəki durum müzakirə olunacaq.

Qeyd edək ki, hazırda ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna Azərbaycan sədrlik edir.
OXŞAR XƏBƏRLƏR