ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmor regional səfər çərçivəsində Ermənistanın paytaxtı İrəvana gəlir.ANS PRESS-in ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Eymon Gilmor bu gün İrəvana, iyunun 12-də Tiflis, ayın 13-də isə Bakıya səfər edəcək.Səfər çərçivəsində E. Gilmor regionda ATƏT-in işini müzakirə etmək məqsədi ilə rəsmi simalar, siyasi partiyaların nümayəndələri ilə görüşəcək.