ATƏT sədri Moldovaya gedir

ATƏT sədri Moldovaya gedir
DÜNYA
20:09 13.02.2023
171
ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani Moldovaya səfər edəcək.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, ATƏT sədri fevralın 13-14-də Moldovada səfərdə olacaq.

"Növbəti iki gün ərzində Moldovaya səfər etməyi səbirsizliklə gözləyirəm. Ölkənin üzləşdiyi problemləri müzakirə etmək, sülh və sabitliyi təşviq etmək imkanlarını araşdırmaq üçün siyasi və icma liderləri ilə mühüm görüşlər keçirəcəyəm”, - Osmani bildirib.
OXŞAR XƏBƏRLƏR