ATƏT sədri Ukrayna XİN başçısı ilə görüşüb

ATƏT sədri Ukrayna XİN başçısı ilə görüşüb
DÜNYA
19:57 16.01.2023
227
ATƏT sədri Buyar Osmani Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb.

Bu barədə B.Osmani tviterdə yazıb.

"Mən elə bilirdim ki, Kiyevə növbəti dəfə gələnə kimi müharibə başa çatacaq və həyat normallaşacaq. Dağılmış evləri və məhv olmuş insan talelərini görmək insanı narahat edir”, - o paylaşımda qeyd edilib.

Xatırladaq ki, B.Osmani Ukraynada səfərdədir. Onun ölkə prezidenti Volodimir Zelenski ilə görüşü gözlənilir.
OXŞAR XƏBƏRLƏR