TəşkilatdanAZXEBER.COM-averilənməlumatagörə, bu yaxınlarda İttifaqın bir qrup üzvü Belarus Respublikasında “Sərhədsiz dostluq” gənclik forumunda ölkəmizi təmsil ediblər. Bu gün-13 iyun 2011-ci il tarixində isə ATGTİ fəalları növbəti dəfə Türkiyəyə yola düşüblər.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Türkiyə-Azərbaycan Gənclik Mübadilə Proqramı” çərçivəsində reallaşan beynəlxalq tədbir 2011-ci il iyunun 19-dək davam edəcək. Tədbirdə Azərbaycanı paytaxtın müxtəlif ali təshil müəssisələrindən 30 tələbə təmsil edir. Tədbir ərzində iştirakçılar İstanbul, Bursa və Çanaqqala şəhərlərinə səyahət edəcək, həmin şəhərlərin tarixi və mədəniyyəti ilə yaxından tanış olacaqlar.
Məlumatçun bildirək ki, yaxın vaxtlarda ATGTİ fəalları Tacikistanda keçiriləcək beynəlxalq tədbirdə də iştirak etmək üçün Düşənbəyə yollanacaqlar.
Qeyd edək ki, bu günə qədər İttifaqın nümayəndələri Meksika, Almaniya, İngiltərə, Gürcüstan, Rusiya, Ukrayna, Moldova və digər ölkələrdə mötəbər tədbirlərdə iştirak edərək, ölkəmizi layiqincə təmsil etmişlər.