"Maşın"da səsverməyə çıxan müğənni Əli Mirəliyevin hədəfinin açıqlamaması söz-söhbətə səbəb olub.
Sənətçinin açıqlamasına cavab olaraq oyunda iştirak edən Roza Zərgərli Əli Mirəliyevin əli ilə çıxmaqda problem görmədiyini bildirib.
Eyni fikirlərə digər xanım iştirakçılar da qoşulub. Lakin Aytən Səfərovanın "Burada hamımızın maşını var, təkcə Əli müəllim də yoxdur. Ona görə tamaşaçılar ona şans versinlər" deməsi Pərvin Abıyevanın narazılığına səbəb olub. O, aparıcının sözlərinə belə münasibət bildirib:
"Düzdür, hamımızın maşını var. Onda hamımız əlimizi çəkən maşın da Əli müəllimə qalsın. Axı, biz neçə gündür mübarizə aparırıq. Yuxusuz gecələr, stress, işimi, ailəmi atıb gəlmişəm. Buradan çıxandan sonra atışaq Əli müəllimə maşın alaq. Mən razı. Amma burada mübarizə aparmaq hamımızın haqqıdır".