Atlantik Okeanında mühacir gəmisi batdı: 89 miqrant öldü

Atlantik Okeanında mühacir gəmisi batdı: 89 miqrant öldü
DÜNYA
13:15 05.07.2024
160
Atlantik okeanında qeyri-qanuni mühacirləri daşıyan qayığın batması nəticəsində 89 nəfər ölüb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Mavritaniya təhlükəsizlik qüvvələri batmış qayıqda olan 89 miqrantın cəsədini Atlantik okeanından çıxarıb. 
 
Qəzadan sonra təhlükəsizlik qüvvələri beş yaşlı qız da daxil olmaqla 36 nəfəri xilas edib.

Seneqal-Qambiya sərhəd bölgəsindən yola düşdüyü bildirilən qayıqdakı miqrantların əksəriyyətinin Seneqal vətəndaşları olduğu düşünülür.

Qeyd edək ki, Mavritaniya Avropaya keçmək istəyən qeyri-qanuni afrikalı immiqrantlar üçün mühüm tranzit məntəqəsi hesab olunur. 

Fevral ayında İspaniyanın Baş naziri Pedro Sançes və Avropa Komissiyasının sədri Ursula fon der Leyen qeyri-qanuni miqrasiya ilə mübarizə üçün Mavritaniyaya 522 milyon avro veriləcəyini açıqlamışdı. 

Mavritaniyanın qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində bir çox Avropa ölkələri, xüsusilə İspaniya ilə müqavilələri var.

Mikayıl
OXŞAR XƏBƏRLƏR