Atları çimərliyə salan şəxs məsuliyyətə cəlb edildi

Atları çimərliyə salan şəxs məsuliyyətə cəlb edildi
SOSİAL
14:55 29.07.2025
136

Sabunçu rayonu, Pirşağı çimərliyində atların dənizə salınması görüntüləri ilə əlaqədar polis araşdırma aparıb.

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, araşdırma nəticəsində atların ictimai çimərliyə əyləncə məqsədilə gətirildiyi məlum olub.

Həmin əməli törədən Kazım Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələri ilə protokol tərtib olunub və baxılması üçün məhkəməyə göndərilib.
OXŞAR XƏBƏRLƏR