“”Atletik Bilbao”nu da udacağıq” - Aqil Abbas

“”Atletik Bilbao”nu da udacağıq” - Aqil Abbas
İDMAN
23:35 01.10.2025
424
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II turda Danimarkanın "Kopenhagen" klubunu qəbul edib.

Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
 
Qələbə ilə bağlı təəssüratlarını AZXEBER.COM-la bölüşən Milli Məclisin deputatı Aqil Abbas futbolçuların meydanda savaşaraq qələbə qazandıqlarını deyib:

"Gözəl oyun oynadılar. Meydanda sona qədər vuruşub adlarını tarixə yazdılar. Qurban Qurbanovun səbri, təmkini qalib gəldi. Futbolçular da onun verdiyi tapşırıqları layiqincə yerinə yetirdi”.

"Qarabağ”ın Çempionlar Liqasında liderlər sırasında olmasına da millət vəkili münasibətini bildirib:

"”Qarabağ”ı ”Real-Madrid”, "Bayern Munich” və "İnter”lə müqayisə etmək üçün hələ tezdir. Ancaq "Qarabağ” bütün dünyaya sübut etdi ki, Azərbaycanda futbol var, Qurban Qurbanov və "Qarabağ” komandası var. Bundan sonra "Qarabağ”dan daha çox qorxmağa başlayacaqlar, daha ciddi oynayacaqlar. Növbəti oyunda "Atletik Bilbao”nu da udacağıq”.

Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR