"Atletiko" "Çelsi"nin futbolçusunu transfer edib

İDMAN
19:36 21.08.2024
156
İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Konor Qallaher İspaniya təmsilçisi "Atletiko" (Madrid) ilə anlaşıb.

İngiltərəli oyunçu ilə 5 illik müqavilə imzalanıb.

Bu transfer paytaxt təmsilçisinə 40 milyon avroya başa gəlib.

Qeyd edək ki, Qallaher ötən mövsüm "Çelsi"nin heyətində bütün turnirlərdə 50 oyun keçirib və 7 qola imza atıb.

OXŞAR XƏBƏRLƏR