"Atletiko" klubu: "Bakıya qayıdacağımıza şadıq"

"Atletiko" klubu: "Bakıya qayıdacağımıza şadıq"
İDMAN
14:51 25.08.2017
1001

İspaniyanın "Atletiko" klubu "Qarabağ"ı Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib.

"Report"un Madrid təmsilçisinin "Twitter" səhifəsinə istinadən verdiyi məlumata görə, təbrik mesajında "Atletiko" yenidən Bakıya səfər edəcəyindən məmnunluğunu bildirib.

"İlk dəfə Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcəyiniz üçün sizi təbrik edirik. Biz Azərbaycanın paytaxtı Bakıya qayıcağımızdan şadıq" deyə mesajda vurğulanıb.

Qeyd edək ki, "Qarabağ"la "Atletiko" C qrupunda İngiltərənin "Çelsi" və İtaliyanın "Roma" klubları ilə birgə yer alıb. Azərbaycan və İspaniya təmsilçiləri Bakıda 18 oktyabr - Dövlət Müstəqilliyi günündə üz-üzə gələcəklər. Əvvəllər "Atletiko" "Bakı" klubu ilə əməkdaşlıq çərçivəsində Azərbaycan paytaxtına gəlib. Bu, 2013-cü il aprelin 30-na təsadüf edib.

OXŞAR XƏBƏRLƏR