Madridin “Atletiko” klubu Bakıda futbol üzrə yoldaşlıq görüşü keçirəcəyini bəyan edib.
AZXEBER.COM-un verdiyi xəbərə görə, aprelin 30-da Tofiq Bəhramov adına Respublika stadionunda Madridin “Atletiko” klubu ilə “Bakı” klubu arasında yoldaşlıq görüşü keçiriləcək. Yoldaşlıq görüşü 2 klub arasındakı əməkdaşlıq haqqında razılaşma çərçivəsində keçiriləcək. Səfər çərçivəsində ispan klubunun müxtəlif tədbirlərdə iştirakı planlaşdırılır. Məlumatda göstərilir ki, Azərbaycanın zəngin mədəniyyəti var, bu səfər isə futboldan əlavə İspaniya və Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə səbəb olacaq.