"Atletiko Madrid" və "Barselona" xal itirdi

İDMAN
10:02 12.05.2014
1328

Futbol üzrə İspaniya La Liqasında 37-ci turun oyunlarına yekun vurulub. ANS PRESS-in məlumatına görə, ilk üç yeri tutan komandalar - "Atletiko Madrid", "Barselona" və "Real Madrid" gözlənilmədən xal itirib. Daha doğrusu, Madridin "Atletiko"su ilə Kataloniyanın "Barselona" klubu 1 xal qazansalar da Kral klubu məğlubiyyətlə üzləşib. Türk futbolçu Arda Turanın şərəfini qoruduğu "Atletiko" öz doğma meydanında "Malaqa" ilə 1:1 hesabı ilə heç-heçə edib. Messinin komandası "Barselona" isə səfərdə "Elçe"i yenə bilməyib və qolsuz bərabərliyə imza atıb. Daha gözlənilməz hadisə isə "Real"ın başına gəlib. Belə ki, Kral klubu səfərdə "Selta"ya 2:0 hesabı ilə məğlub olub. Beləliklə, La liqanın çempionluğu "Atletiko Madrid" - "Barselona" oyununun nəticəsindən asılı olacaq. "Atletiko"ya bu oyunda çempion olmaq üçün bir xal da kifayət edəcək. "Barsa"ya isə doğma meydanı "Nou Kamp"da yalnız qələbə lazımdır.

OXŞAR XƏBƏRLƏR