“Atletiko Madrid”in futbolçusu “Land of fire Azerbaijan”ı unutduğuna görə cəzalandırılacaq - VİDEO

İDMAN
12:23 19.09.2013
1841
Dünən Çempionlar Liqasında "Atletiko" Madrid "Zenit"ə qarşı (3:1) oynayıb.Matçın 2-ci hissəsində oyuna girən Leo Baptistao "Land of Fire Azerbaijan" yazılan formanı geyinməyərək, sahəyə reklamsız futbolka ilə çıxıb. 80-ci dəqiqədə Baptistao "Zenit"in qapısından 3-cü topu keçirib.
Görüşdən sonra Leo Baptistao: "O qədər həyəcanlı idim ki, səhv formanı geyindim", - deyə açıqlama verib. Braziliyalı futbolçunun vurduğu qoldan sonra formasını dəyişərək, "Land of fire Azerbaijan" yazısı olan futbolkanı geyməsinə baxmayaraq, "Atletiko" klubu tərəfindən cəzalanacağı gözlənilir. //milli.az
OXŞAR XƏBƏRLƏR