İspaniyanın "Atletiko" klubunun futbolçusu Sesar Aspilikueta karyerasını La Liqanın digər klubunda davam etdirə bilər.
35 yaşlı müdafiəçi "Selta"nın transfer etmək istədiyi futbolçular arasındadır.
Cari mövsümün sonunda Madrid klubu ilə müqaviləsinin müddəti bitəcək futbolçu "Selta"ya pulsuz keçə bilər.
Qeyd edək ki, S.Aspilikueta cari mövsümdə "Atletiko"nun heyətində 12 oyun keçirib və bir qol müəllifi olub. "Selta" La Liqada 33 turdan sonra 46 xalla yeddinci pillədə qərarlaşıb. Üçüncü yerdə olan "Atletiko"nun isə 66 xalı var.