Madridin "Atletiko" klubunun seleksionerləri “Bakı” ilə əməkdaşlığa uyğun olaraq Azərbaycana gəliblər. AZXEBER.COM-un, “Bakı”dan seçilmiş gənc azərbaycanlı futbolçular İspaniyanın dünyaca məşhur "Atletiko"nun bazasında təlim alacaqlar. Uzunmüddətli proqram əsasında İspaniyaya yollanacaq futbolçuların seçimi "Atletiko"nun məşqçi-seleksiyaçılarına həvalə olunub.
Bu gün Daniel Gonsales Sanz, David Bellver və Xuanxo Rodrigez 11-13 yaşlı futbolçuların yarışlarını izləyiblər. Müşahidələr bir neşə gün davam edəcək.
Bir həftə ərzində aparılan təhlillər nəticəsində ən perspektivli futbolçular müəyyənləşəcək və onların siyahısı hazırlanaraq klub rəhbərliyinə təqdim olunacaq. Bu siyahıda tək "Bakı" futbol klubunun deyil, istənilən komandanın nümayəndəsi yer ala bilər.
Seleksiya işləri başa çatdıqdan sonra siyahı elan olunacaq.
Seçilmiş uşaqlar yay aylarındna etibarən Madridə yollanaraq futbol təlimləri ilə bərabər klassik təhsil də alacaqlar.
Layihənin bütün xərclərini "Bakı" futbol klubu qarşılayır.