ATV-də yeni prezidentin iştirakı ilə gərgin iclas: "Bozbash Pictures"-in bağlanma xəbəri yayıldı (AÇIQLAMA)

SOSİAL
16:50 27.09.2017
10490
ATV kanalında həyata keçirilən islahatlar nəticəsində bir sıra verilişlərin yayımı dayandırılıb. 

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, ötən gün kanalın rəhbərliyindən uzaqlaşdırılan Vüqar Qaradağlıdan sonra bu gün kanalda bir neçə saat davam edən toplantı keçirilib. İclasda bir sıra aparıcılara son xəbərdarlıq edilib, fəaliyyətləri qənaətbəxş edilməyən işçilərə də işlərini düzəltmələri tapşırılıb. 
 
Tanınmış teleaparıcılara və telejurnalistlərə tövsiyyə edilib ki, efirdə "vulqar" ifadələrdən uzaq olsunlar, milli mental dəyərlərə hörmət etsinlər. 
 
Kanalın hazırki proqramlarında da bir sıra dəyişikliklər edilib. Proqramların bəzilərinin yayımı dayandırılıb. Yayılan məlumatlara görə, telekanalda yayımlanan ən reytinqli layihələr olan "Bozbash Pictures" və "Bacanaqlar" serialının yayımı dayandırılıb. 
 
Mövzu ilə bağlı AZXEBER.COM portalına danışan "Bozbash Pictures" layihəsinin rəhbəri İlkin Həsənli sözügedən xəbərdən məlumatsız olduğunu bildirib. O, iclasın keçirildiyini, amma bu barədə ona məlumat verilmədiyini bildirib. 
 
Portalımıza danışan "Bacanaqlar" serialının layihə rəhbəri Elməddin Cəfərov da kanalda keçirilən iclasda iştirak etdiyini, amma layihələrindən hansınınsa bağlanması ilə bağlı bir məlumatı olmadığını deyib:
 
"Bu xəbəri ilk sizdən eşidirəm. İclas oldu, amma bağlanma məsələsi müzakirə edilmədi. Hazırda layihələrimin hamısının yayımı davam edir". 
 
Qeyd edək ki, ötən gün ATV-nin təsisçilərinin qərarına əsasən Vüqar Qaradağlı telekanalın rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. Kanalın idarəçiliyi müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb