“ATV-dəki İlhamənin verilişində görüb getdim o klinikaya, başıma oyun açdılar” – FOTOLAR

“ATV-dəki İlhamənin verilişində görüb getdim o klinikaya, başıma oyun açdılar” – FOTOLAR
SOSİAL
17:50 25.01.2017
18043

"Stimul Hospital”a müraciət edən Mehriban Məmmədova aldadıldığını iddia edir.

AZXEBER.COM-a şikayət ərizəsi ilə müraciət edən şikayətçi iki övladını "Stimull Hospital”dakı həkim oftalmoloq Dr. Yaqut Əşrəfovanın yanına apardığını, ancaq müalicənin düzgün aparılmadığını iddia edir:

"Bir ildən çoxdur ki, Bakıxanovdakı "Stimul Hospital”a müraciət edirəm. Qızımın 6, oğlumun 8 yaşı var. Qızımın gözündə uşaq vaxtından problem var idi. Çox həkimə müraciət etdik faydası olmadı. Bütün diaqnozlarda eyni oldu: soyuqdəymə. Və bir gün evdə oturub TV-də İlhamənin verilişində göz həkimi gördüm. Bu adam oftalmoloq Yaqut Əşrəfova idi. Klinikaya gedib, 20 manat ödəniş edib sıramı gözlədim. Növbəm çatanda həkim uşağın gözünü yoxladı dedi ki, soyuqdəymədir. Dieta saxlamalıdır. Mən də dedim ki, uşağın gözündə boz ləkələr düşüb ona görə gəlmişəm. Dedi ki, gözü müalicə edək, göz sakitləşsin sonra keçərik boz ləkələrə. Dedim yaxşı. Müalicə yazdı, dedim oğlumun da gözləri zəifdi. Baxdı və "asteqmat” diaqnozunu qoydu, eynək yazdı. 80 manat verib astiqmat eynək aldıq. 1 ildi oğlum astiqmat eynək taxır. Qızımın müalicəsi qurtardıqca da gedirdim klinikaya müalicəyə. Və bir gün gördüm uşağın gözü yenə pisləşib, getdim klinikaya 30 manat ödəniş etdim. Ödəniş qalxıb dedilər. Qızıma baxan Yaqut xanım dedi ki, müalicə yaxşı gedir amma sol göz xoşuma gəlmir. Daha müalicə yazmadı, qızıma da eynək yazdı. Dedim ki, oğlum da bir ildir eynək taxır, dəyişməyə ehtiyac varmı? Dedi baxaram. Baxdı aparat çəkmədi. Bəbəyi böyüdüb baxdı və dedi ki, iki gözü də kataraktdı. Mən bunu necə görməmişəm? Belə də dedi. Və dedi ki, əməliyyat olunmalıdır. Məndən razılıq almadan cərrahla danışdı ki, apar əməliyyat etsinlər. Nədən olduğunu soruşanda mənə dedi ki, başı zərbəylə harasa dəyib. Yoldaşımla çox pis vəziyyətə düşdük. Sonra "Dobromed Klinikası”na getdik. 60 manat bir uşağa ödəniş edib düşdük qəbula. Baxdılar və qızıma yazılan reseptdə yazılanlara güldülər. Qızımın gözündə karatit deyilən xəstəlik aşkar olundu. Oğlumun gözündə isə kataraktdır. Qızımı 7,8 il müalicə etdirməliyəm ki, nəsə əldə edim. Oğlum isə iki gözündən əməliyyat olunmalıdır. Qızıma yazılan eynəyi həkim dedi ki, almayın çünki buna ehtiyac yoxdur. Oğlumun eynəyi isə səhv yazılıb. Rəfədar doktor belə dedi. Mən indi əməliyyata 6 min pul verməliyəm. Vaxtında bilsəydim ucuz başa gələ bilərdi bu əməliyyat mənə. Ötən gün saat 12-1 arası getdim "Stimull Hospital”a baş həkimin yanına. Baş həkim Yaqut xanımı çağırdı. Təbii ki, o da özünü müdafiə etdi. Baş həkim də dedi ki, istəsəniz bizdə ucuz qiymətə əməliyyat etdirə bilərik”.

Şikayətçi məsələylə bağlı kilinikanı məhkəməyə verəcəyini söyləyib.

Şikayətlə bağlı iddiada adı keçən həkim Yaqut Əşrəfova ilə əlaqə saxladıq. Y.Əşrəfova portalımıza verdiyi açıqlamada M. Məmmədovanın iddialarının tamamilə əsassız olduğunu və əlində müalicə dövrünə aid sənədlərin olduğunu söyləyib:

"Bu xanımın iddiaları tamamilə əsassızdır. Mən onun qızını müayinə etmişəm və bütün lazımi tədbirləri həyata keçirmişəm. Onun məndən sonra getdiyi həkimin yazdığı reseptlə mənim yazdıqlarım arasında demək olar ki, heç bir fərq yoxdur. Qaldı ki, şikayətçinin oğlunu mən dəfələrlə pulsuz müayinə etmişəm və özəl klinika olmasına baxmayaraq, heç bir ödəniş almamışam. Mən 14 ildir ki, həkiməm, ancaq ilk dəfədir ki, belə bir ittihamla qarşılaşıram. Birinci və ikinci diaqnoz mənə aiddir. Çünki mən bu uşağı ikinci dəfə müayinə edəndə onda katarakt diaqnozu qoydum. Mən neçə ilin həkimiyəm, əgər ilk dəfə katarakt olsaydı bunu anlayacaqdım. Sadəcə sonradan prosses baş qaldırıb. Mən onun müayinə etdiyim uşağına görə pul belə almamışam. Nə marağım ola bilər axı burada mənim? Bütün bunlar şər-böhtandır. İstənilən şəxsə də əlimdəki müalicə sənədləri ilə bunu təsdiqləyə bilərəm”.







OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əhalinin son sayı açıqlandı
10:27 18.06.2026
Əhalinin son sayı açıqlandı
Ermənistan 90-cı illərdə urbitit yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı - İlham Əliyev
10:12 18.06.2026
Ermənistan 90-cı illərdə urbitit yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı - İlham Əliyev
Azərbaycan əhalisinin sayı artıb
10:08 18.06.2026
Azərbaycan əhalisinin sayı artıb
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
10:03 18.06.2026
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
Acunundan ayrılan xanımı yenidən ərə gedir
10:03 18.06.2026
Acunundan ayrılan xanımı yenidən ərə gedir
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
09:58 18.06.2026
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
09:56 18.06.2026
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
09:48 18.06.2026
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
09:47 18.06.2026
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
09:44 18.06.2026
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
09:43 18.06.2026
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
09:42 18.06.2026
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
09:39 18.06.2026
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
09:36 18.06.2026
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
09:34 18.06.2026
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
09:31 18.06.2026
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"