Vüqar Kamiloğlunun bu sənətdə başlanğıc və ilk olan duet mahnısı artıq işıq üzü görüb.
Sözləri və musiqisi Tural Bakuviyə, aranjemanı isə Ramal Rəsula məxsus olan “Ay Qız” adlı duetin necə yaranması haqqında hər iki ifaçı bunları deyib.
“Mən bu sənətlə əslində uşaqlıqdan məşğulam və ifaçılıq sahəsi üzrə diplomum var. Bülbül adına orta ixtisas məktəbinin 11 il oxumuşam. 6 il isə Azerbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini oxumuşam. İfaçılıq üzrə müəllimlərim xalq artistləri Əlibaba Məmmədov, Mələkxanım Əyyubova, Canəli Əkbərov, İslam Rzayev, dahi vokal ustası əməkdar artist Yaşar Səfərov və dahi vokal ustası Mobil Əhmədov olub. Yəni bu sənətdə təsadüfi deyiləm. Ramal Rəsulla duetimə gəlincə, təklif məndən gəldi. Ramalın olduqca çox gözəl səsi var və çox istedadlı insandır. Həm gözəl aranjemançı, həm də gözəl səsyazma qabilliyyəti var"- V.Kamiloğlu bildirib.
R.Rəsulun fikirinə gəlincə, o, isə bunları söyləyib.
“Vüqarın səsinin olduğunu bilmirdim. Vüqar bizim studiyaya gəlmişdi. Məndən bir mahnı istəyirdi. Məndə söylədim ki, mənim üçün bir canlı mahnı ifa et. Oda etdi. Çox bəyəndim. Və belə qərara gəldik ki, bir duet yazaq." – R.Rəsul əlavə edib.
Həmin dueti təqdim edirik: