ATV-nin aparıcısından efirdə yaranmış problemlə bağlı - Açıqlama

ATV-nin aparıcısından efirdə yaranmış problemlə bağlı - Açıqlama
SOSİAL
13:55 30.09.2016
1652
Ceyhun Səfər dünən kanalın xəbərlər proqramında yaranmış texniki qüsurla bağlı açıqlama yayıb.
 
AZXEBER.COM xəbər verir ki, aparıcı sosial şəbəkədə bu statusu paylaşıb: "Dostlar, dünən ATV-nin 20:30 buraxılışında baş verən texniki qüsur hər bir kanalda ola bilər. Bu qaçılmaz hadisədir. Siğortalanmaq olmaz. Bu heç də yazıldığı kimi "tilsim"ə düşmək deyil. Gördüyünüz bu efir heyətimizlə istənilən texniki qüsura qalib gələ bilərik. Amma bir daha tamaşaçılara təşəkkür edirəm. Çünki daim izlədikləri kanalda xırda bir nasazlıq onları da narahat edir, dərhal maraqlandırır. ATV baxıldıqca baxılır. Efirdə texniki qüsur olsa belə. Gələn efirlərimizdə görüşənədək. Bu gün saat 18:00-da da görüşünüzə gələcəm. Siz kanalı dəyişməyin. Çünki dünən baxa bilmədikləriniz bu gün sizin TV-nin ekranına gələcək. Çox sağ olun!".
 
Xatırladaq ki, dünən ATV kanalının xəbərlər proqramında aparıcı xəbəri oxusa da, süjet efirə getməyib. Nəticədə xəbərlər yarımçıq qalıb və reklamlar onu əvəz edib. 
 
OXŞAR XƏBƏRLƏR