Daxili İşlər Nazirliyi ATV telekanalının əmdaşlarının döyülməsi ilə bağlı məlumat yayıb.
AZXEBER.COM Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 4-də saat 19 radələrində “ATV” telekanalının “Yoxlama” layihəsinin əməkdaşları - Azər İsmayılov, Elgün Bayramlı, Loğman İsmayılov, Arif Quliyev, İlqar Quliyev və Polad Axundzadə Şamaxı şəhərindəki “Şamaxı” yeməkxanasında çəkiliş apararkən oranın sahibi Hüseyn Allahverdiyev və qohumu Elşad Osmanovla onların arasında münaqişə baş verib.
Bu zaman H.Allahverdiyev və E.Osmanov “ATV” telekanalının əməkdaşlarını döyüb, habelə onlara məxsus videokameranı, səs qurğusunu və digər avadanlıqları sındırıblar.
Toplanan material rayon prokurorluğuna göndərilib.