‘ATV-nin mənə qoyduğu qadağa ilə bağlı heç bir rəsmi məlumat yoxdur’ - Anar Nağılbaz

MAQAZİN
16:00 18.02.2014
1689

“Sözün düzü bu barədə mənə televiziyadan heç nə deyilməyib”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında reper Anar Nağılbaz “ATV”də fəaliyyətinə xitam verilməsi haqda yayılan məlumatlardan danışarkən söyləyib. O, “facebook” səhifəsində məsələyə münasibətini bildirdiyini və hələ də ona televiziyadan heç bir açıqlama verilmədiyini bildirib:

“Hələ də ATV-nin mənə qadağa qoyması ilə bağlı yayılan xəbərlər təsdiqini tapmayıb. Sözün düzü bu barədə mənə heç kəs televiziyadan heç nə deməyib. Öz münasibətimi “facebook” səhifəmdə bildirmişəm. Hələlik heç bir məlumat əldə edə bilməmişəm”.

Xatırladaq ki, ötən gün reper Anar Nağılbaza ATV tərəfindən qadağa qoyulması ilə bağlı məlumatlar yayımlanmışdı. Məsələylə bağlı reper öz facebook səhifəsin də də mövqeyini bildirmişdi:

““ATV”dən Anar Nağılbaza qadağa? Bunun belə olmağına inanmağım gəlmir, çünki özəl televiyalar onda öz funksiyalarını itirib və sosialla siyasəti səhv salıb, məni müxalifətə yazmağa tələsiblər. Hörmətli jurnalistimiz İradə İsaqın da verilişinə çəkildim və çox güman edirəm ki, nahaqdan onu da ordan yığışdıracaqlar! Axı vallah başa düşə bilmirəm, prezidentimiz çıxıb deyir rüşvət yığışdırılsın, hamı əlbir olub kömək olsun, haqlar tapdanmasın,buradan biz də bu kursu dəstəkləmək istəyirik, adımızı müxalifətçi çıxarırlar, kimdir bizlərə axı qadağa qoyan? Biz azərbaycanlıyıq və həmişə fəxr etmişik ki, biz azərbaycanlıyıq”.

OXŞAR XƏBƏRLƏR