"Bacanaqlar” "Qız atası” və "Qardaşlar” serialı yeni sezona belə hazırlaşır.
"Azad Azərbaycan”(ATV) telekanalında yayımlanan "Bacaqlar” "Qız atası” və "Qardaşlar” seriallarının yeni mövsümə hazırlıqları başlayıb.
Serialların yaradıcı heyəti mövsüm öncəsi medianı bir araya gətirib.
"Bacanaqlar” serialının baş rol oyunçusu və prodüserı Elməddin Cəfərov seriallar haqqında AZXEBER.COM-a danışıb.
"Bacanaqların” 9-cu, "Qız atası”nın 4-cü, "Qardaşlar”ın 3-cü mövsümü başlayır. Bu müddətdə çox çətinliklər olur. Bir də görürsən heyətdə dəyişiklik olur. Hərdən fors-major hallar da olur. Ən təəcüblüsü o olub ki, çəkilişi etmişik, bir də xəbər gəlib ki, səs düşməyib. Bir dəfə də bölüm çəkilib, kadr montaja girəndə silinib. Əslində, "Kişi sözü”ndə romatik ab-havası yaratdıq. Sonra gördük alınmır. Tamaşaçı bizdən yalnız komediya tələb edir "

Elməddin aktyorların rolundan da bəhs edib:
"Komanda yeni formalaşanda ilk 1-2 həftə bizi yorur. Rola və komandaya uyğunlaşandan sonra elə də yorulmuruq"
O digər seriallarla rəqabət aparmadıqlarını da vurğulayıb:
"Bizim digər seriallardan fərqimiz odur ki, burada ailə ortamı var. Biz bura tək iş kimi deyil, ikinci evimiz kimi baxırıq. Hər kəs ilə ailə kimi danışırıq. Açığını deyim, rəqabət aparmırıq. Sadəcə öz işimizi görürük”. 

























Nazim Qasımzadə
AZXEBER.COM