ATV-nin prezidenti Vüqar Qardağlı işdən azad edilib.
AZXEBER.COM-un məlumatına görə, kanala Azər Xəlilov təyin edilib. A.Xəlilov "bizimyol.infoya" xəbəri təsdiqləyib:
"Bəli məlumat doğrudur. Mən təyin edilmişəm. Hazırda kanalda iclas gedir. Sonra yenidən danışarıq.”
Qeyd edək ki, bir neçə saat öncə portalımızda Vüqar Qaradağlının yaxın saatlardan işdən azad ediləcəyi ilə bağlı məlumat dərc etmişdik. Məlumata görə, dünən ATV-dəki mühitin sağlamlaşdırılmasına dair qəti tapşırıq verilib və lazımi prosedurların həyata keçirilməsinə başlanılıb. Bu gündən "ATV səhər”in fəaliyyəti dayandırılıb, Turan İbrahimov da telekanaldan uzaqlaşdırılıb. İstefaya səbəb isə Vüqar Qaradağlının rəhbərliyi ilə ATV-də anti-iqtidar isteriyasının olması idi.
Ətraflı yazını buradan oxuya bilərsiniz : Turan İbrahimovun anti-iqtidar isteriyası ATV rəhbərliyinə
baha başa gəldi -Verilişi bağlandı, özü işdən çıxarıldı