ATV və ARB-nin kommersiya fəaliyyətində dəyişiklik baş verib.
AZXEBER.COM xəbər verir ki, telekanallar efirlərində yayımladıqları reklamların satış hüquqlarını yeni şirkətə verib.
Bununla bağlı artıq reklamçıların məlumatlandırıldığı bildirilir.
ATV və ARB-nın reklam rəhbəri İsmayıl Həsənov AZXEBER.COM-a faktı təsdiqləyib.
İsmayıl Həsənov yaxın günlərdə hər iki telekanalın məsələ ilə bağlı geniş məlumat verəcəyini bildirib. O deyib ki, telekanalların reklam hüququ "Mediasales Azerbaijan” şirkətinə verilib.