Belçikada həmkarlar ittifaqlarının çağırışı ilə "Audi" şirkətinin Brüssel fabrikində çalışan yüzlərlə işçi obyektin qarşısına toplaşıb.
AZXEBER.COM xarici mətbata istinadən xəbər verir ki, işçilər fevralın sonunda bağlanacağı gözlənilən fabrik rəhbərliyinin işçilərə daha çox təminat verməsini istəyirdilər.
Etirazçılar "Audi" rəhbərliyinin həmkarlar ittifaqı nümayəndələri vasitəsilə deyil, birbaşa işçilərə təklif vermək qərarını tənqid ediblər.
Qeyd edək ki, iyul ayında "Audi" markası, lüks seqmentli elektrik avtomobil modeli Q8-in istehsal edildiyi və təxminən 3 min nəfərin çalışdığı Brüssel fabrikini tələbin azalması səbəbindən yenidən quracağını və bu modellərin istehsalına davam edəcəyini açıqlamışdı.
"Audi" rəhbərliyi sentyabrın əvvəlində Brüsseldəki fabrikə Volkswagen Qrupu tərəfindən istehsal üçün heç bir modelin ayrılmadığını elan etdi. Bu vəziyyət fabrik işçilərini və həmkarlar ittifaqlarını narahat edirdi.
Gülay