"Autizm parta arxasında " adlı layihəsinin açılış mərasimi baş tutub.
AZXEBER.COM xəbər verir ki, 22.11.2022 tarixində Binəqədi rayon 276 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Malahova Mədinənin Təhsildə inkişaf və innovasiyalar üzrə VI Qrant müsabiqəsi əsasında qalib gəldiyi "Autizm parta arxasında " adlı layihəsinin açılış mərasimi baş tutub. Açılışda Bakı Şəhər Təhsil İdarəsinin məsləhətçisi Sevinc Əzimova, məktəb direktoru Bəhram Şiriyev, layihəni əhatə edən 10 məktəbdən nümayəndələr iştirak etmişdir.
Layihə Bakı şəhəri üzrə 10 məktəbi əhatə edir. Layihə çərçivəsində ibtidai sinif müəllimləri və valideynləri ASP diaqnozu haqqında maarifləndiriləcək , onlara mümkün akademik biliklərin verilməsi üçün praktik çalışmalar, əyani vəsaitlərin hazırlanması öyrədilicək, eyni zamanda sinif müəllimlərinə həmin şagirdlərin məktəb , sinif mühitinə adaptasiyasını təmin etməkdə dəstək veriləcəkdir . Bu məqsədlə nəzərdə tutulmuş məktəblərdə təlimlər keçiriləcək, kitabçalar paylanılacaqdır.
Qeyd edək ki, layihə rəhbəri Mədinə Malahova, təlimçi - psixoloqlar Aynur Şıxalıyeva və Aysel Almirzəyevadır.