Avarçəkənimiz dördqat dünya çempionu oldu

İDMAN
10:20 02.09.2013
1067

Azərbaycanlı avarçəkən Valentin Demyanenko özünü növbəti dünya çempionu titulunu qazanıb.

AZXEBER.COM xəbər verir ki, Almaniyanın Duysburq şəhərində keçirilən dünya çempionatında o 200 metr məsafənin finalında birinci yeri tutub. Valentin 38,462 saniyəlik nəticə ilə Rusiya, İspaniya, Litva, Braziliya, Ukrayna, Portuqaliya, Fransa və Yaponiyadan olan rəqiblərini arxada qoyub.Demyanenko daha əvvəl 2005, 2009, və 2011-ci illərdə dünya çempionu olmuşdu. Bundan əlavə isə o 3 dəfə Avropa çempionu olub.

OXŞAR XƏBƏRLƏR