Avetik İşxanyan Ermənistanda insan haqlarının qorunması barədə: “Hazırda diktator Mussolini prinsipi işləyir”

Avetik İşxanyan Ermənistanda insan haqlarının qorunması barədə: “Hazırda diktator Mussolini prinsipi işləyir”
DÜNYA
22:46 10.12.2021
377
Son illər Ermənistanda insan hüquqlarının pozulması halları kütləvi xarakter alıb. Bunu Ermənistanın Helsinki Komitəsinin sədri, hüquq müdafiəçisi Avetik İşxanyan "Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq ölkədə insan hüquqlarının müdafiəsi sahəsindəki problemləri şərh edərkən deyib.

Onun fikrincə, son üç il ərzində Ermənistanın hüquq sistemi (polis, istintaq orqanları, prokurorluq, MTN) icra başçıları tərəfindən "özəlləşdirilib” və hüquq-mühafizə orqanları qanunu və vətəndaşların hüquqlarını qorumaq əvəzinə, əsasən onların göstərişlərini yerinə yetirirlər.

"Dinc toplaşmaq hüququ heç vaxt indiki qədər kobud şəkildə pozulmayıb. Belə bir vəziyyətdə fundamental insan haqları haqqında danışmaq gülüncdür”, - deyə İşxanyan bildirib.

O, həmçinin xatırladıb ki, Ermənistan konstitusiyaya görə sosial dövlət hesab olunur, lakin ölkədə vətəndaşların sosial hüquqları pozulur. Bunu internat məktəblərinin və tibb müəssisələrinin optimallaşdırılması bəhanəsi ilə bağlanması sübut edir.

"Yoxsulluğun artması fonunda sosial vəziyyət, yumşaq desək, məyusedicidir”, - hüquq müdafiəçisi əlavə edib.

İşxanyanın fikrincə, ilk növbədə siyasi elitanın vəziyyəti düzəltmək istəyi olmalıdır. Çünki fundamental hüquqlar barədə məlumatlı olmağı yalnız xalqdan tələb etmək absurddur.

"Hazırda Ermənistanda diktator Mussolini prinsipi "Dostlara - hər şey, qalanlarına – qanun” fəaliyyət göstərir. Dövlətin insan hüquqlarına həqiqətən hörmət etməsi və müstəqil məhkəmə sistemi yaratmaq üçün islahatlar aparması üçün ictimai şüur ​​və hakimiyyətə ictimai təzyiq formalaşdırmaq lazımdır”, - deyə hüquq müdafiəçisi qeyd edib.

Bu kontekstdə o, məhkəmənin müstəqilliyinin vacibliyini qeyd edir. İşxanyanın fikrincə, məhkəmə hakimiyyəti icra hakimiyyətindən tam müstəqil olmalıdır. Çünki insan hüquqlarının pozulmasına yol verən icra hakimiyyətidir.

"İnsan hüquqları hakimiyyətlə insanlar arasında "şaquli” adlandırılan münasibətlərə bağlı qaydalardır. Söz azadlığı pozulduqda, insana işgəncə verildikdə, o, qanunsuz olaraq azadlıqdan məhrum edildikdə, nəticədə bu, insan hüquqlarının dövlət tərəfindən pozulması hesab olunur. Müstəqil məhkəmə isə ədalətli olaraq vətəndaşların hüquqlarını bərpa etməyə və pozuntuları aradan qaldırmağa borcludur”, - deyə hüquq müdafiəçisi bildirib.

Xatırladaq ki, 1948-ci il dekabrın 10-da BMT Baş Assambleyası Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul edib. 1950-ci ildən Baş Assambleyanın təklifi ilə bütün dünya bu tarixi Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Günü kimi qeyd edir.
 
///Oxu.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
11:40 12.09.2025
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
"Məni Aygünün ildönümünə çağırmadılar" - Zümrüd Hümbətova
11:38 12.09.2025
"Məni Aygünün ildönümünə çağırmadılar" - Zümrüd Hümbətova
Azərbaycanda işsiz şəxslərin sayı açıqlandı
11:34 12.09.2025
Azərbaycanda işsiz şəxslərin sayı açıqlandı
Metroda interval 1 dəqiqə 45 saniyəyə endirildi - İlk dəfə
11:24 12.09.2025
Metroda interval 1 dəqiqə 45 saniyəyə endirildi - İlk dəfə
Türkiyədə tətildə olan məşhur cütlük dələduzluğa məruz qalıb
11:18 12.09.2025
Türkiyədə tətildə olan məşhur cütlük dələduzluğa məruz qalıb
Birbank Biznes-dən sahibkar qadınlara özəl imkanlarla dolu biznes kartı
11:04 12.09.2025
Birbank Biznes-dən sahibkar qadınlara özəl imkanlarla dolu biznes kartı