Aviaşirkət sərnişini təyyarədə unutdu

DÜNYA
15:55 09.12.2013
1070

“ExpressJet” aviaşirkəti Texas ştatındakı “Hyuston İnterkontinental” hava limanında enən təyyarənin uçuşu zamanı yuxuya getmiş sərnişini təyyarədə unudub.

AZXEBER.COM-un Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, Tom Vaqoner adlı sərnişin yuxudan ayılarkən özünü dayanacaqda olan təyyarədə qaranlıqda aşkar edib.Sərnişinin sözlərinə görə, o, baş verənlərdən heyrətə gəlib. Ayıldıqdan sonra təyyarədən çıxmağa cəhd etsə də, qapılar bağlı olub. O, öz rəfiqəsinə zəgn edib və olanları ona anladıb. “Rəfiqəm elə bildi ki, mən dəli olmuşam”, - deyə Vaqoner jurnalistlərə bildirib. Rəfiqəsi “United Airlines” təmsilçiləri ilə əlaqə saxlayıb və şirkətin təmsilçiləri bu məlumatı yoxlamaq qərarına gəliblər.

Təxminən Vaqonerin rəfiqəsinə zəng etməsindən yarım saat sonra, o, təyyarədən buraxılıb.

OXŞAR XƏBƏRLƏR