Aviaşirkətlər İsrailə uçuşları dayandırırlar

Aviaşirkətlər İsrailə uçuşları dayandırırlar
DÜNYA
21:58 04.05.2025
253
Təl-Əvivin Ben Qurion hava limanına husilərin raket zərbəsindən sonra aviaşirkətlər İsrailə uçuşları dayandırmağa başlayıblar.

Bu barədə "The Times of Israel" yazır.

Uçuşları ləğv edən beynəlxalq aviaşirkətlərin siyahısına "Ryanair", "WizzAir", "Lufthansa Airlines", "Austrian Airlines", "Brussels Airlines", "Eurowings", həmçinin "American United Airlines", ITA, "Air France", "Air India", "Air Canada" kimi şirkətlər daxildir.

Onların əksəriyyəti növbəti 48 saat ərzində uçuşları dayandırıb.

Xatırladaq ki, mayın 4-də husilər Ben Qurion hava limanını hipersəs ballistik raketlə vurduqlarını bildiriblər. Hücumdan sonra hava limanı bağlanıb. İsrailin müdafiə naziri İsrael Kats hava limanına edilən hücuma cavab olaraq husilərə 7 dəfə çox ziyan vuracağına söz verib.
 
/Oxu.Az
OXŞAR XƏBƏRLƏR