“Avis” apteklər şəbəkəsinin rəhbəri azadlıqda

“Avis” apteklər şəbəkəsinin rəhbəri azadlıqda
SOSİAL
12:22 25.11.2016
1201
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində süni qiymət artımında təqsirləndirilən "Avis" apteklər şəbəkəsinin rəhbəri Elmir Məhərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil çıxış edib. O, E. Məhərova bəraət verilməsini istəyib.

E. Məhərov son söz deyib və o da barəsində bəraət hökmü çıxarılmasını xahiş edib. 

Sonra prosesdə hökm oxunub. Hökmə əsasən, E. Məhərov barəsində 3 il şərti cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb. 

Xatırladaq ki, dövlət ittihamçısı E. Məhərovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Bakı şəhərində fəaliyyət göstərən "AVİS” aptekində dərman vasitələrinin qiymətinin süni surətdə artırılması barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş vətəndaş müraciəti əsasında Səhiyyə Nazirliyinin Analitik-Ekspertiza Mərkəzi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilib.


Aparılmış istintaq-əməliyyat tədbirləri ilə "Maymed” MMC-nin nəzdində fəaliyyət göstərən Bakı şəhəri, Ağa Nemətulla küçəsi, 45 saylı ünvanda yerləşən AVİS aptekində bir qutusunun qiyməti 326 manat olan "Pegintron 80” adlı dərman vasitəsinin qiymətinin süni şəkildə bahalaşdırılaraq 1220 manata satılması, eləcə də gömrük bəyannaməsi olmadan qeyri-qanuni yollarla ölkəyə gətirilmiş dərman vasitələrinin qanunsuz satılması müəyyən edilib.


"Maymed” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, O. Əliyev küçəsi, 9 saylı ünvanda yerləşən anbarına baxış zamanı idxal üçün rəsmi icazəsi olmayan və dərman vasitələrinin ekspertizasına dair uyğunluq sənədi verilməyən ilkin olaraq müəyyən edilmiş 104 adda dərman vasitəsi, habelə açıq satışı qadağan edilmiş dərman vasitələri, qara mühasibatlığın aparılmasına dair kitablar və istintaq üçün əhəmiyyət kəsb edən digər qeydlər aşkar edilərək götürülüb. Bundan başqa, Səhiyyə Nazirliyinin Analitik-Ekspertiza Mərkəzinin əməkdaşları ilə birgə baxış zamanı "Maymed” MMC-nin Bakı şəhəri, Badamdar şossesi, 5 saylı ünvanda yerləşən "AVİS Badamdar” şöbəsində, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ev Q, məhəllə 556/567 ünvanında yerləşən "AVİS İstanbul” şöbəsində, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 89 saylı ünvanda yerləşən "AVİS Tusi” şöbəsində dövlət qeydiyyatına alınmayan çoxsaylı dərman vasitələri aşkar edilib.

Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1 (istehlakçıları aldatma) maddələri ilə cinayət işi başlanıb. E. Məhərov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.2.3-cü (külli miqdarda ziyan vurmaqla istehlakçıları aldatma) maddələri üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
13:57 28.08.2025
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
13:53 28.08.2025
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
"14 saat qaldı"- Astroloqdan AÇIQLAMA
13:48 28.08.2025
"14 saat qaldı"- Astroloqdan AÇIQLAMA
Narkotikdən əziyyət çəkən azərbaycanlı aparıcı tanınmaz halda - FOTO
13:41 28.08.2025
Narkotikdən əziyyət çəkən azərbaycanlı aparıcı tanınmaz halda - FOTO
"Qarabağ"ın ÇL-nin əsas mərhələsinə çıxmasına görə qazandığı - Fantastik məbləğ
13:40 28.08.2025
"Qarabağ"ın ÇL-nin əsas mərhələsinə çıxmasına görə qazandığı - Fantastik məbləğ
Paşinyan Bayden administrasiyasını tənqid etdi
13:34 28.08.2025
Paşinyan Bayden administrasiyasını tənqid etdi
"İctimai nəqliyyatda tarif dəyişikliyi qaçılmaz ola bilər" - Qiymət artır?
13:22 28.08.2025
"İctimai nəqliyyatda tarif dəyişikliyi qaçılmaz ola bilər" - Qiymət artır?
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
13:10 28.08.2025
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək
13:07 28.08.2025
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək
Tarixdə bu gün - 28 avqust nə günüdür?
13:07 28.08.2025
Tarixdə bu gün - 28 avqust nə günüdür?
“Həsən Bəy Zərdabi əlini çiynimə qoydu və dedi ki...” – Jurnalist Aygün Hüseyn yazır...
12:53 28.08.2025
“Həsən Bəy Zərdabi əlini çiynimə qoydu və dedi ki...” – Jurnalist Aygün Hüseyn yazır...
Prezident qəbul keçirdi - FOTOLAR
12:49 28.08.2025
Prezident qəbul keçirdi - FOTOLAR
Rusiyada neft emalı zavodlarına dron hücumları edildi
12:45 28.08.2025
Rusiyada neft emalı zavodlarına dron hücumları edildi
Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi: "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?"
12:36 28.08.2025
Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi: "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?"
Naxçıvan şəhər Sukanal İdarəsi Müştəri İnformasiya Sistemləri proqramına keçir
12:23 28.08.2025
Naxçıvan şəhər Sukanal İdarəsi Müştəri İnformasiya Sistemləri proqramına keçir
"Prezidentin müsahibəsi regional təhlükəsizlik arxitekturasında formalaşan reallıqları əks etdirir"
12:16 28.08.2025
"Prezidentin müsahibəsi regional təhlükəsizlik arxitekturasında formalaşan reallıqları əks etdirir"