Avqust ayının sosial yardımları ödənilib

İQTİSADİYYAT
19:12 25.08.2022
536
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu avqust ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarını da bu gün ödəyib.

Nazirlikdən AZXEBER.COM-a verilən məlumata görə, vətəndaşlar bu sosial ödənişlərini onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Bundan əvvəl, avqustun 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, avqustun 16-da ölkəmizin digər bölgələri üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar) ödənilib.

Beləliklə, bütün sosial təminat növləri üzrə avqust ayının sosial ödənişləri bu gün yekunlaşıb.
OXŞAR XƏBƏRLƏR